Ukraynada parlament çoxluğunun koalisiya yaratmaq haqda layihəsi razılaşdırılıb. Ukraynada parlament çoxluğunun koalisiya yaratmaq haqda layihəsi razılaşdırılıb.

Kiyevdə parlament koalisiyası yaradıldı - VİDEO

Ukraynada parlament çoxluğunun koalisiya yaratmaq haqda layihəsi razılaşdırılıb.



AzNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, sənədi noyabrın 21-də 5 partiya– "Petro Poroşenko Bloku", "Xalq Cəbhəsi", "Samopomoş" birliyi, Radikal və "Batkivşina" partiyaları imzalayıb.

Layihə imzalanarkən Baş nazir Arseny Yatsenyuk deyib ki, koalisiyaya Ali Radanın çoxluğu, yəni 300 deputat qoşulur.

Bundan əvvəl bildirilirdi ki, koalisiyada "Müxalifət bloku" və yanvarın 16-da Ali Radanın qəbul etdiyi "diktator qanunu"na səs verənlər iştirak etməyəcəklər.
Koalisiya milli təhlükəsizlik, məhkəmə-hüquq sistemi və seçki qanunvericiliyi də daxil olmaqla hakimiyyətin demək olar ki, bütün sahələrində islahatlar aparacaqları haqda razılığa gəliblər.


"Petro Poroşenko Bloku"ndan olan deputat Vladimir Qroysman bildirib ki, rəsmi sənəd Ali Radanın birinci iclasında imzalanacaq.




AzNews.az