Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində dəmir yolunda ölümlə nəticələnən qəza baş verib. Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində dəmir yolunda ölümlə nəticələnən qəza baş verib.

Avtomobil qatarla toqquşdu - Ölən var

Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində dəmir yolunda ölümlə nəticələnən qəza baş verib.



AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 25 yaşlı Sənan Bayramov idarə etdiyi "VAZ 2109" markalı avtomobillə hərəkətdə olarkən dəmir yoluna aid qorunmayan keçiddə elektrovozu gözləməyərək yolu keçmək istəyib. Lakin qatar avtomobillə toqquşaraq onu bir neçə metr sürükləyib.

Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az