Milli Məclisdə məktəblərdə hərbi dərslərin saatının az olması və ümumilikdə bu dərslərin keçirilməməsi barədə səsləndirilən fikirlərə Təhsil Nazirliyindən cavab gecikmədi. Milli Məclisdə məktəblərdə hərbi dərslərin saatının az olması və ümumilikdə bu dərslərin keçirilməməsi barədə səsləndirilən fikirlərə Təhsil Nazirliyindən cavab gecikmədi.

Məktəblərə silah və hərbi texnika gətirilə bilər- Nazirlik

Milli Məclisdə məktəblərdə hərbi dərslərin saatının az olması və ümumilikdə bu dərslərin keçirilməməsi barədə səsləndirilən fikirlərə Təhsil Nazirliyindən cavab gecikmədi.




AzNews.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisinə həftədə 2 saat vaxt ayrılıb:

""Gənclərin çağırışaqədərki hazırlığı" fənni ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunur. Fənnin tədrisinə həftədə 2 saat ayrılıb, təsdiq edilmiş proqramı və dərsliyi var".

Nazirlik eyni zamanda gələcəkdə hərbi dərslər zamanı hər hansı bir hərbi texnikadan və silahdan istifadə edilməsi məsələsinə də aydınlıq gətirilib:

"Bu fənnin tədrisi şagirdlərin vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlanmasında mühüm rol oynayır. Ona görə də fənnin səmərəli tədrisinin təmin olunması Təhsil Nazirliyinin diqqət mərkəzindədir"