Həftənin ilk iş günü üçün hava proqnozu

Həftənin ilk iş günü Azərbaycanda sulu qar və qar yağacağı gözlənilir, buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında noyabrın 24-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Temperaturun gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.