Dünən Müsavat partiyasında ümumrespublika müşavirəsi keçirilib. Dünən Müsavat partiyasında ümumrespublika müşavirəsi keçirilib.

Müsavatçılar arasında növbəti qarşıdurma: İsa Qəmbər ittihamları cavablandırdı

Dünən Müsavat partiyasında ümumrespublika müşavirəsi keçirilib.



AzNews.az xəbər verir ki, müşavirədə gərgin anlar yaşanıb.

Başqanlığa sabiq namizəd Qubad İbadoğlu çıxış edərək, Müsavatın bu günə gəlməsinin bir neçə səbəbini açıqlayıb. Bundan sonra Q.İbadoğlu Barışıq Naminə Təkliflər Paketini də açıqlayıb. O, bildirib ki, "MNTK tərəf ola bilməz. MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın. MNTK ədalətli qərarlar qəbul eləsin, partiyadan çıxarılanlar Müsavata bərpa olunsun".

Qalmaqala səbəb də məhz Q.İbadoğlunun bu təklifləri olub. Q. İbadoğlunun çıxışına yerdən replikalar atılıb, narazılıq edilib. A.Hacılı zaldakıları sakitliyə çağırsa da, üzvlərdən Q.İbadoğluna qarşı çıxanlar çox olub.

Müsavatın sabiq başqanı İsa Qəmbər çıxışı zamanı Qubad İbadoğlunun ittihamlarına cavab verərək bildirib ki, partiyanın strukturlarına legitim qurum yaradıla bilməz: "Təəssüflər olsun ki, Müsavatda məğlub tərəf MNTK-nı tərəf saxlamaqda ittiham edir. Qurultaya qədər MNTK tərəfsiz idi, qurultaydan sonra tərəfə çevrildi? Burda bildirdilər ki, MNTK tərəfsiz olmalıdır. Çox maraqlı tezisdir. Amma nədənsə, seçki dövründə MNTK-nın tərəfsiz olması zərurəti haqqında danışmırdılar".

Qubad İbadoğlu isə İ.Qəmbərin bu fikirinə etiraz edərək "Qurultaya qədər MNTK tərəf olubsa, bu yanaşma ilə yenə tərəf olmalıdır" - deyə sual ünvanlayıb. İsa Qəmbər Qubad İbadoğluna "sadəcə, prinsipial olmaq lazımdır, Qubad bəy, "Bu mənim xeyrimədirsə, olmalı, xeyrimə deyilsə, olmamalıdır" - deyə bildirib.

Q. İbadoğlu isə yerdən İ. Qəmbərə "Niyə əsəbləşirsiz" deyəndə işə Müsavat başqanı A. Hacılı qarışıb. O, Q. İbadoğluna yerdən danışmamağı məsləhət görüb.

Müsavat partiyasının divan üzvü Osman Kazımov AzNews.az-a açıqlamasında bildirdi ki, Qubad İbadoğlunun mövqeyi görüntü xatirinə sərgilənib: "Qubad İbadoğlu sanki sərt basqı altında idi. Mənə elə gəldi, o ciddi təzyiqə məruz qalır. Məncə prosesləri o idarə etmir".

Qubad ibadoğlu isə hazırda təyyarədə olduğundan məsələyə aydınlıq gətirə bilməyəcəyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az