19-21 noyabr tarixində Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Quruiltayı keçirilib. 19-21 noyabr tarixində Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Quruiltayı keçirilib.

Etibar Məmmədov sədr müavini seçildi

19-21 noyabr tarixində Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Quruiltayı keçirilib.



"Partiya Liderlərinin Zirvə Toplantısı" adı altında keçirilən Qurultaya Cənubi Koreyanın prezidenti xanım Park Geun-Hyenin rəhbərlik etdiyi "Saenuri Partiyası" ev sahibliyi edib. Dünyanın 70 dən çox dövlətindən 100-ə yaxın sağ mərkəz partiyasını özündə birləşdirən BDİ Qurultayında üzv partiyaların liderləri, quruma daxil olan ölkələrin dövlət və hökumət başçıları, senatorlar, millət vəkilləri və müxtəlif ranqlı siyasətçilər iştirak ediblər. AMİP-i qurultayda partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil edib. AMİP-dən Modern.az-a verilən məlumata görə, qurultayda mövcud beynəlxalq vəziyyət, qlobal iqtisadi-siyasi problemlər, o cümlədən digər vacib məsələlər müzakirə obyekti olub.

Nizamnaməyə əsasən 3 ildən bir keçirilən gurultayda BDİ rəhbərliyinin hesabatı dinlənilib və rəhbər orqanlara yeni seçkilər keçirilib. Seçkilərin nəticəsi olaraq Yeni Zellandiyanın hazırki baş naziri John Key Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədri seçilib. Qurultayda həmçinin növbəti üç il üçün BDİ Sədrinin müavinlərinin də seçkiləri keçirilib.

AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ sədrinin müavini seçilib. E.Məmmədovla yanaşı, Norveçin baş naziri Erna Solberq, Avropa Xalq Partiyasının (EPP) prezidenti Josef Daul, Avropa Mühafizəkarları və İslahatçıları Alyansının (AECR) prezidenti Jan Zahradil və bir sıra digər nüfuzlu dünya siyasətçiləri də BDİ sədrinin müavinləri seçilinlər.