Rusiyanın Novosibirsk şəhər aeroportunda İstanbuldan Novosibirsk şəhərinə uçan və “Turkish Airlines” şirkətinə məxsus olan “Boeing-737-800” sərnişin təyyarəsinin eniş zamanı təkəri partlayıb. Rusiyanın Novosibirsk şəhər aeroportunda İstanbuldan Novosibirsk şəhərinə uçan və “Turkish Airlines” şirkətinə məxsus olan “Boeing-737-800” sərnişin təyyarəsinin eniş zamanı təkəri partlayıb.

Türkiyənin sərnişin təyyarəsi Rusiyada qəzaya düşdü

Rusiyanın Novosibirsk şəhər aeroportunda İstanbuldan Novosibirsk şəhərinə uçan və “Turkish Airlines” şirkətinə məxsus olan “Boeing-737-800” sərnişin təyyarəsinin eniş zamanı təkəri partlayıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Qərbi-Sibir Nəqliyyat prokurorunun köməkçisi Oksana Qorbunova yayıb.

"Təyyarə yerli vaxtla səhər saat 6.00-da Novosibirsk aeroportuna eniş etdi. Eniş zamanı sol şassinin təkərinin bir çox hissəsi dağıldı. Göyərtədə 108 sərnişin və 7 ekipaj üzvü olmasına baxmayaraq heç kəs zərər çəkmədi", - deyə Oksana Qorbunova bildirib.

Qeyd edək ki, bu qəzadan sonra Novosibirsk-İstanbul reysi təxirə salınıb. Sərnişinlərin mehmanxanalarda yerləşdirildiyi deyilir. Onların başqa təyyarə ilə İstanbula göndəriləcəyi gözlənilir.


AzNews.az