Dünya şöhrətli müğənni Lara Fabian dünən Heydər Əliyev sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib. Dünya şöhrətli müğənni Lara Fabian dünən Heydər Əliyev sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.

Dünya şöhrətli müğənni Bakıda “Sarı gəlin”i oxudu - VİDEO+ FOTOLAR

Dünya şöhrətli müğənni Lara Fabian dünən Heydər Əliyev sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.



Konsertdə iştirak edən AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, tədbir anşlaqla keçib. Proqramın ən möhtəşəm anı isə 10 yaşlı Fidan adlı azərbaycanlı qızın Lara Fabianın mahnısını oxuması olub. İfaçı fransız, italyan, rus dillərində mahnılar səsləndirən müğənni Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i ifa edərək pərəstişkarları ilə sağollaşıb.

Qeyd edək ki, Lara Fabian 9 yanvar 1970-ci ildə Brüssel yaxınlığındakı Etterbek kommunasında anadan olub. O, daha çox "Jötem" mahnısı ilə tanınıb. Onun fransız, ingilis, ispan, portuqal, rus və s. dillərdə mahnıları var.







AzNews.az