Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün yeni videosu yayılıb. Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün yeni videosu yayılıb.

Atatürkün yeni videosu yayıldı

Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün yeni videosu yayılıb.



AzNews.az xəbər verir ki, videoda Atatürk müəllim rolunda çəkilib və o, azyaşlı bir uşağa hərflərin yazılmasını öyrədir.

Qeyd edək ki, Atatürk 1881-ci il noyabr ayının 10-da Saloniki şəhərində anadan olub. O, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri hesab edilir. Atattürk müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edib.

1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra "Qazi" adını alıb və ona ali marşal rütbəsi verilib. Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.

10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.




AzNews.az