“Rusiya iqtisadiyyatı sanksiyalara görə ildə 40 milyard dollaradək itki verir”. “Rusiya iqtisadiyyatı sanksiyalara görə ildə 40 milyard dollaradək itki verir”.

Rusiya ildə 40 milyard dollar itirir - Sanksiyalara görə

“Rusiya iqtisadiyyatı sanksiyalara görə ildə 40 milyard dollaradək itki verir”.



AzNews.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
Onun sözlərinə görə, neftin 30 faizədək ucuzlaşması 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.

Prezident Vladimir Putin ölkəsinin enerji daşıyıcılarına qiymətlərin "fəlakətli" şəkildə aşağı düşməsinə hazır olduğunu deyib.

Bundan əvvəl iqtisadi inkişaf naziri Aleksey Ulukayev BBC-yə müsahibəsində bildirib ki, Rusiya neft ixracının məhdudlaşdırılmasını nəzərdə tutan mümkün sanksiyalar ssenarisini nəzərdən keçirir: "Neftin ucuzlaşması investisiya və istehlakçı tələbatını azalda bilər".