Milli Məclisin deputatı Aydın Mirzəzadə maraqlı təkliflə çıxış edib. O, özünün facebook səhifəsində Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslərin xristian adəti ilə Azərbaycanda dəfn edilnəsini irəli sürüb. Milli Məclisin deputatı Aydın Mirzəzadə maraqlı təkliflə çıxış edib. O, özünün facebook səhifəsində Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslərin xristian adəti ilə Azərbaycanda dəfn edilnəsini irəli sürüb.

Azərbaycan erməni əsgərlərə sahib çıxsın- YAP-dan təklif

Milli Məclisin deputatı Aydın Mirzəzadə maraqlı təkliflə çıxış edib. O, özünün facebook səhifəsində Azərbaycan ərazisində vurulmuş Ermənistan hərbi helokpterində həlak olmuş şəxslərin xristian adəti ilə Azərbaycanda dəfn edilnəsini irəli sürüb.



AzNews.az xəbər verir ki, millət vəkili noyabr ayının 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücüm zamanı vurulmuş Ermənistan hərbi helokpteri məsələsi ətrafında proseslər səngimək bilmədiyini və düşdüy çətin siyasi-dipliomatik vəziyyətin ağırlğını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam etdiyini qeyd edib. A.Mirzəzadə sosial şəbəkədə Ermənistan tərəfinin provakasiyanı davam etdirdiyini bildirib.

"Bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə provokasiyalarını davam etdirməkdədir. Helokpterin vrulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini aşıq-aydın biruzə verir.

Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır. O bu gün hərbiçilərinin meyidini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyidini və onun paraşütünü götürdüyünü elan edib. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümüyiş etdirilir"-deyə deputat qeyd edib.

Millət vəkilini maraqlı təklif də irəli sürüb. O, həlak olan Ermənistan əsəgrlərinə Azərbaycanın sahib çıxmağını istəyib:
"Dümən olsalar da helokpterdə həlak olanlar insanlardır və onların da normal torpağa tapşırılmaq hüquq var. Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar"-deyə Aydın Mirzəzadə bildirib.




Gültəkin