Türkiyədə meydana gələn yol qəzasında eyni ailədən 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb. Türkiyədə meydana gələn yol qəzasında eyni ailədən 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Qəzada bir ailənin 3 azyaşlı uşağı öldü - VİDEO+ FOTOLAR

Türkiyədə meydana gələn yol qəzasında eyni ailədən 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.


AzNews.az xəbər verir ki, faciəli hadisə Şırnakın Silopi bölgəsində baş verib.
Qəza səhər saatlarında Silopi-Cizre avtomobil magistralının 7-ci kilometrliyində qeydə alınıb.

Ahmet Tayfur Demirin idarə etdiyi 33 APS 79 dövlət nömrə nişanlı banan yüklü yük maşını eyni istiqamətdə gələn Yılmaz Mağrurun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə TIR avtomobili asfalt boyu sürüyüb.

Qəzada TIR-ın altında qalan avtomobildə olan uşaqlardan Hilal (2 yaşlı), Kinem (3 yaşlı), Ozan (5 yaşlı) və ana Elif Mağrur hadisə yerində həyatını itirib.

Avtomobilin sürücü Yılmaz Mağrur Silopi, TIR-ın sürücüsü Əhməd Tayfur Demir isə Cizre dövlət xəstəxanalarına aparılıb.

Qəza ilə bağlı istintaq başlayıb.





AzNews.az
image description image description