“EL” hərəkatının sədri Eldar Namazov sentyabr-oktyabr aylarında rəhbərlik etdiyi qurumun qurultayının keçirilməsi haqqında məlumat vermişdi, amma ilin başa çatmasına az qalsa da, “EL”in qurultayından və təşkilatı məsələlərdən heç bir xəbər yoxdur. “EL” hərəkatının sədri Eldar Namazov sentyabr-oktyabr aylarında rəhbərlik etdiyi qurumun qurultayının keçirilməsi haqqında məlumat vermişdi, amma ilin başa çatmasına az qalsa da, “EL”in qurultayından və təşkilatı məsələlərdən heç bir xəbər yoxdur.

“Eldar Namazov gələn kimi...” – “EL”-dən açıqlama

“EL” hərəkatının sədri Eldar Namazov sentyabr-oktyabr aylarında rəhbərlik etdiyi qurumun qurultayının keçirilməsi haqqında məlumat vermişdi, amma ilin başa çatmasına az qalsa da, “EL”in qurultayından və təşkilatı məsələlərdən heç bir xəbər yoxdur.



Bununla bağlı "EL" hərəkatından AzNews.az-a verilən məlumata görə, yaxın günlərdə qurumda önəmli addımların atılacağı gözlənilir.

Mənbə bildirib ki, qurultayın keçirilməsi Eldar Namazovun hazırda Avropa ölkələrinin birində səfərdə olmasıyla əlaqədardır.

"Onun "EL"lə bağlı görüşləri davam edir. Müzakirələr başa çatan kimi qurultayın tarixi açıqlanacaq. Eldar Namazov gələn kimi "EL"lə bağlı irəliyə doğru addım atacaq. Buna əminik ".

Qeyd edək ki, "EL" hərəkatı rəsmən 2013-cü ilin martında yaradılıb. Hərəkatın Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev və digərləri daxil olub. Bunlardan bir neçə nəfər sonra qurumdan istefa verib.

E.Namazovun fikrincə, "El" Hərəkatının məqsədi siyasi müstəvidə olan boşluğu doldurmaqdır.


Bahar Rüstəmli
AzNews.az