ATV-nin keçmiş əməkdaşı Emin Musəvi Latviyada 1 milyon dollara restoran almasıyla bağlı xəbərə münasibət bildirib. ATV-nin keçmiş əməkdaşı Emin Musəvi Latviyada 1 milyon dollara restoran almasıyla bağlı xəbərə münasibət bildirib.

“Nə fərqi var, restoranı neçəyə almışam?” – Emin Musəvi

ATV-nin keçmiş əməkdaşı Emin Musəvi Latviyada 1 milyon dollara restoran almasıyla bağlı xəbərə münasibət bildirib.


Teleaparıcı AzNews.az-a açıqlamasında Latviyada restoran aldığını təsdiq etsə də, onun qiymətilə bağlı deyilənləri gülüşlə qarşılayıb: "780 min avro qiymət düz söhbət deyil. Nə fərqi var ey, neçəyə almışam?"

E.Musəvi əlavə edib ki, onun uzun zamandır Latviya ilə əlaqələri var: "Mən Latviya ilə çoxdan işləyirəm. Biznesimdən biri də Azərbaycanın milli xörəklərini təbliğ etməkdir. Burda nə var axı? Orada Azərbaycanın milli xörəkləri təbliğ olunacaq".

Aparıcı onu da qeyd edib ki, Latviyadakı restoranında azərbaycanlılar işləyəcək: "Yeməkləri hazırlayanlar yerli aşbazlar və başqa yerlərdən gələn azərbaycanlılar olacaq".

Bahar RÜSTƏMLİ
AzNews.az