“Ukraynanın şərqində ukraynalılara qarşı müharibəni mən başlatmışam”. “Ukraynanın şərqində ukraynalılara qarşı müharibəni mən başlatmışam”.

“Ukraynanın şərqində müharibəni mən başlatdım” - Strelkov

“Ukraynanın şərqində ukraynalılara qarşı müharibəni mən başlatmışam”.


AzNews.az xəbər verir ki, bu iddia ilə Ukraynanın şərqində rusiyapərəst separatçıların "müharibə allahı" adlandırdığı İqor Strelkov (Girkin) çıxış edib.

Rusiyanın "Zavtra" qəzetinə müsahibəsində Strelkov bildirib ki, Donbasda birləşmə sərhədi keçməsəydi, hər şey Xarkov və ya Odessadakı kimi başa çatacaqdı.

Foreign Policy xatırladır ki, Xarkov və Odessada ölənlər 40-dan çox olub. Ukraynanın şərqində isə separatçılarla Ukrayna ordusunun müharibəsində BMT-nin məlumatına görə, 4 min adam ölüb, 1 milyon adam didərgin düşüb.

Strelkov deyib ki, o, Krımda xüsusi əməliyyatlar bölməsinə başçılıq edib. Onun sözlərinə görə, bu bölmə Rusiya ordusu ilə əlaqəli işləyib. Sonra Krım lideri Aksyonov ona Ukraynanın şərqi ilə məşğul olmağı tapşırıb. Bu vaxt onun 52 könüllüsü olub.
Strelkov əlavə edib ki, Donbasa gələndə burda heç bir lider ona kömək etmədiyinə görə, o, yerli 150-200 adamla müharibəyə start verib.