“Müsavat partiyasının ümumrespublika müşavirəsini problemin yoluna qoyulması üçün buraxılmış şans kimi dəyərləndirirəm”. “Müsavat partiyasının ümumrespublika müşavirəsini problemin yoluna qoyulması üçün buraxılmış şans kimi dəyərləndirirəm”.

“Müsavat son şansı da əldən verdi” – Qubad İbadoğlu

“Müsavat partiyasının ümumrespublika müşavirəsini problemin yoluna qoyulması üçün buraxılmış şans kimi dəyərləndirirəm”.



Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Qubad İbadoğlu deyib.

Onun fikirincə, narazıların təklif etdiyi barışıq paketinin təqdimatına və bu yönümdə olan çağırışlara, xüsusilə İsa Qəmbər tərəfindən pozitiv yanaşma nümayiş etdirilməyib: "Bu da xeyli müsavatçıların gözləntilərini dogrultmadı, hətta onların bəzilərində xəyal qırıqlığı yaratdı. Müşavirədə bir daha təsdiq olundu ki, İsa Qəmbər artıq tərəfə çevrilib və Müsavat partiyasında onun iradəsindən kənarda heç nə baş vermir. Bütün proseslərin başında o dayanır".

Qeyd edək ki, noyabrın 23-də Müsavat partiyasının ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə qurultayda olduğu kimi gərgin anlar yaşanıb.