Ukraynanın Donbas bölgəsində ruslara “işləyən” britaniyalı jurnalist yaralanıb. Ukraynanın Donbas bölgəsində ruslara “işləyən” britaniyalı jurnalist yaralanıb.

Ruslara “işləyən” britaniyalı jurnalist yaralandı – VİDEO

Ukraynanın Donbas bölgəsində ruslara “işləyən” britaniyalı jurnalist yaralanıb.


AzNews.az xəbər verir ki, Peskov rayonunda yaralanan "Russia Today" saytının əməkdaşı Qrem Fillips son vaxtlar Rusiya Müdafiə Nazirliyinin telekanalı hesab edilən "Zvezda"ya materiallar hazırlayıb.

Belindən yaralanan jurnalist hazırda xəstəxanada müalicə edilir. O, zirehli gödəkçədə olmasına baxmayaraq güllə onu yaralayıb.

"Biz cəbhə bölgəsində müsahibə alırdıq. Bu vaxt snayperdən atəş açıldı. Biz də onlara tərəf cavab atəşi açdıq. Yenidən onlar tərəfdən 82 millimetrlik mina atıldı", - deyə döyüşçülərdən biri xatırlayıb.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi britaniyalı jurnalisti iyul ayında tutaraq ölkədən deportasiya edib. Ona 3 il ərzində Ukraynaya daxil olmaq qadağası qoyulub.

Ancaq buna baxmayaraq o, yenidən Donbasa qayıdıb.

Bu videoda isə Fillipsə güllə atmağın texnikası öyrədilir.

Xatırladaq ki, bu ilin əvvəlindən Ukraynada 7 jurnalist həlak olub. Onların arasında RİA Novosti agentliyinin fotomüxbiri Andrey Stenin də adı var.









AzNews.az