“Türkiyədə və demək olar ki, onun universitetlərində müxtəlif ermənipərəstlər, erməni kökənli, adlarını dəyişmiş erməni qanı daşıyanlar kök atıblar. Elə bizim öz içimizdə də belələri var. Onların təşəbbüsü ilə hər zaman Azərbaycana qarşı müxtəlif tədbirlər keçirilib”. “Türkiyədə və demək olar ki, onun universitetlərində müxtəlif ermənipərəstlər, erməni kökənli, adlarını dəyişmiş erməni qanı daşıyanlar kök atıblar. Elə bizim öz içimizdə də belələri var. Onların təşəbbüsü ilə hər zaman Azərbaycana qarşı müxtəlif tədbirlər keçirilib”.

“Türkiyədə erməni lobbisinin güclənməsinə geniş imkanlar yaradılıb”

“Türkiyədə və demək olar ki, onun universitetlərində müxtəlif ermənipərəstlər, erməni kökənli, adlarını dəyişmiş erməni qanı daşıyanlar kök atıblar. Elə bizim öz içimizdə də belələri var. Onların təşəbbüsü ilə hər zaman Azərbaycana qarşı müxtəlif tədbirlər keçirilib”.



AzNews.az xəbər verir ki, bunu azadinform-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı Türkiyədə Ermənistanla sərhədlərin açılmasına yönəlmiş konfransın keçirilməsinə münasibət bildirərkən deyib.

S.Rüstəmxanlı bildirib ki, Türkiyədə sərhədlərin açılması ilə bağlı Forum qeyri-leqaldır: "Düzdür bizdən bu tədbirə qatılmayıblar, ancaq qatılıb onların layiqli cavablarını da vermək olardı. Təəssüf ki, bizim bundan xəbərimiz olmayıb. Məncə, bu, Türkiyənin bir dövlət olaraq siyasətinə heç bir təsir göstərmir. Belə ki, Türkiyə Azərbaycana olan münasibətini dəfələrlə bəyan edib və inanıram ki, o mövqedə də sonadək qalacaq. Türkiyənin prezidenti, baş naziri dəfələrlə deyib ki, Qarabağ problemi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz. Məncə, özünə hörmət edən insan bunu dəfələrlə bəyan edib, sonra isə başqa cür addım ata bilməz".

Millət vəkili deyib ki, Türkiyədə və Azərbaycanda kifayət qədər sifarişlə iş görən QHT-lər var: "Türkiyədə bu cür tədbirlərin təşəbbüskarları arasında bu cür qurumlar iştirak edir. Türkiyəni buna bu cür erməni yönümlü QHT-lər təhrik edib. Türkiyədə kifayət qədər elə dövlət əleyhinə kitablar çap olunur. Orada erməni lobbisi geniş fəaliyyət göstərir. Baxmayaraq, Azərbaycan kökənli insanlar var, ancaq onların gözü önündə erməni lobbisi kifayət qədər çalışır. Azərbaycan lobbisindən daha güclüdür. Qəribədir ki, Türkiyə yetkililəri də onların bu fəaliyyətinə göz yumurlar. Bu tədbir də onlardan biridir. Gələn il "erməni soyqırımı" üçün lobbi güclü çalışır. Təəssüf ki, Türkiyədə buna qarşı tam çıxmırlar".

S.Rüstəmxanlı əlavə edib ki, Türkiyədə bəziləri açıq-aşkar yazır ki, Qarabağ məsələsi bizə mane olur və biz çoxdan bəri Ermənistanla sərhədləri açmalı idik: "Guya Ermənistanla sərhədləri açan kimi bu insanlar xoşbəxt olacaqlar və sərhədlərin açılması Türkiyəyə nə isə verəcəkmiş. Halbuki, Ermənistan Türkiyəyə nə verə bilər ki? O sərhədlərin açılması da heç nəyi dəyişməz. Sadəcə olaraq, ermənipərəst Qərb dövlətlərinin, Qarabağ məsələsinin həllinə başçılıq edən Minsk qrupunun apardığı siyasətdir. Onlar çalışırlar ki, Qarabağ məsələsində Azərbaycanı günahkar çıxarsınlar və Ermənistanı məzlum ölkə kimi tanıtsınlar və ona kömək etsinlər. Bunu da bacarırlar. Biz öz haqqımızı sübut edə bilmirik, ancaq onlar "Ermənistan həqiqətləri"ni dünyaya sırımağa çalışırlar. Vəziyyət belədir və bunu görməmək də mümkün deyil."