Qatarlarda WİFİ olacaq- Açıqlama

Bu gün metro dünyanın əksər ölkələrində əsas nəqliyyat vasitəsi kimi istifadə olunur. Elə bizdə də insanlar gündəlik həyatında nəqliyyat vasitəsi kimi daha çox metrodan istifadə edir. Bunun üçün də metroda bəzən sıxlıq yaşanır. Bu sıxlığı həmçinin insanların metro kartına gediş yükləmək üçün pul dəyişdirdiyi kassalarda da müşahidə etmək olur.


Bəzən isə burada xoşagəlməz məqamlar baş verir. Bu vəziyyətlə bir çox sərnişin qarşılaşıb. Belə ki, pul dəyişməsi üçün kassirlərə 1 manat verən sərnişinlər bəzən 10, 20 qəpik az pul qaytarıldığının şahidi olurlar.

Bəs, görəsən bu cür nöqsanlara yol verən metropoliten əməkdaşları cəzalandırılırmı?

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev azvision.az-a açıqlamasında bildirib ki, bu cür nöqsanlara yol verən işçilərə qarşı lazımi tədbirlər görülür:

"Biz ümumiyyətlə işində bu cür nöqsanlara yol verənlərə qarşı tədbirlər görürük. Ancaq bunun üçün ictimai yardım lazımdır. Kimsə bununla bağlı rəsmi olaraq şikayət etmək istəmir. Belə vəziyyətlə üzləşən sərnişinlər hər bir stansiyada olan rəis və yaxud rəis müavininə şikayət edə bilər".