Yollarda baş verən qəzaların sayının, eləcə də piyadaların vurulması hallarının artması Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarını hərəkətə gətirib. Yollarda baş verən qəzaların sayının, eləcə də piyadaların vurulması hallarının artması Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarını hərəkətə gətirib.

Piyadalara qarşı reyd keçirildi- Gəncədə

Yollarda baş verən qəzaların sayının, eləcə də piyadaların vurulması hallarının artması Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarını hərəkətə gətirib.

Yol polisi əməkdaşları bu dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalara qarşı reyd keçiriblər.

AzNews.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin bir neçə küçə və prospektində baş tutan reyd zamanı 20-yə yaxın piyada inzibati qaydada cərimələnib.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin müfəttişi Knyaz Orucov bildirib ki, 2014-cü ilin arxada qalan dövrü ərzində 9341 piyada yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunub.

Bu kimi reydlər şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq həyata keçiriləcək.