Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib.

Yol polisindən sürücülərə növbəti- Xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib.




"Qafqazinfo" xəbər verir ki, idarənin şöbə rəisi Kamran Əliyev lent.az-a bildirib ki, sürücülər yağmurlu hava şəraitində nəqliyyat vasitəsini quru havada olduğu kimi idarə etməməlidir: "Sürücülər mütləq meteoloji şəraiti nəzərə almalıdırlar. Yağmurlu hava şəraitində nəqliyyat vasitəsini digər günlərdəki kimi idrə etmək olmaz. Sürücülər mütləq sürət həddini seçərkən, ara məsafəsi saxlayarkən, manevr edərkən diqqətli olmalıdırlar və yağmulu hava şəraitini nəzərə almalıdırlar. Çünkü yağmurlua hava şəraitində yol şərtləri dəyişir və bunu nəzərə almamaq ağır nəticələrə səbəb ola bilər".

K.Əliyev əlavə edib ki, Azərbaycanda avtomobillərin qış təchizatı ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: "Lakin bununla belə sürücülərə məsləhət görülür ki, şinlərin protektorlarına fikir versinlər. Protektorların naxışlarının qalınlığı azaldıqca şinlərin etibarlılığı da azalır və bu göstərici ən azı 1 mm olmalıdır. Bundan başqa şinlər naxışlar üzrə oxda yerləşdirilməlidir ki, bu da vacib nüanslardandır".