Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

“Böyük oyun“da 4 qol, 4 qırmızı vərəqə

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.



Qol.Az-ın məlumatına görə, son oyun günündədaha iki qarşılaşma keçirilib.

Turun mərkəzi qarşılaşması "Dalğa Arena"da baş tutub. Burada "Xəzər Lənkəran" prinsipial rəqibi "Neftçi"ni qəbul edib. Gərgin keçən görüşdə qapılara 4 qol vurulub. Eyni zamanda 4 qırmızı vərəqənin olduğu matçda qalib müəyyənləməyib - 2:2.

Digər oyunda isə "Bakı" "Sumqayıt"ın qonağı olub. Sumqayıt şəhər stadionunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Qarabağ" başçılıq edir.