Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib.

“Piyadaların üzərinə su sıçradan sürücülər cəzalanacaq”- Açıqlama

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib.




AzNews.az-ın məlumatına görə, BDYPİ-nin İctimai Əlaqələr Şöbəsinin rəisi, polkovnik Kamran Əliyev oxu.az-a bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar qəsdən piyadanın üzərinə su sıçradan sürücülər cəzalanacaq.

K.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 155.1.5 maddəsinə əsasən su və ya palçığı yolda piyadaların və nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradan sürücülər 40 AZN məbləğində cərimə olunur.

Şöbə rəisi piyadalara da müraciət edərək bildirib:

"Onlar da diqqətli olmalıdır, yollarda harda ki, gölməçə var, piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin bitməsini gözləməlidir. Çünki sürücü ola bilər ki, avtomobili 20-30 kms-lə idarə etsin, belə olduğu halda nəqliyyat vasitəsinin təkəri çalaya düşə bilər və bu istər-istəməz su sıçrayışına səbəb ola bilər. O, bunu qəsdən törətmədiyi üçün ona inzibati məsuliyyət nəzərdə tutulmur. Lakin elə sürücülər də var ki, qəsdən gölməçələr olan yerdə avtomobilin alt hissəsinin yuyulması üçün və ya digər məqsədlə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və piyadaların, eləcə də digər avtomobillərin üzərinə çirkli su sıçradır".

Kamran Əliyev qeyd etdi ki, bu cür kobud davranışla üzləşən piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini, hadisənin harda və nə vaxt baş verdiyi haqda məlumatları əldə edərək polis bölməsinə və "902"-yə müraciət edə bilərlər.