Moskvada daha bir “qanuni oğru” ilə hesablaşıblar. Moskvada daha bir “qanuni oğru” ilə hesablaşıblar.

“Qanuni oğru”ya dəhşətli işgəncə verdilər – “Tac”ından imtina etdi

Moskvada daha bir “qanuni oğru” ilə hesablaşıblar.



AzNews.az xəbər verir ki, dünən 29 yaşlı "qanuni oğru" İrakli Cabuanı ("İrakli Rostovski") oğru adından imtina etməyə məcbur ediblər. "Qanuni oğru"nu meşəyə aparıb odun və metal çubuqlarla döyüblər. Tapança ilə hər iki ayağını güllələyiblər. Silahı ağzına salandan sonra İrakli təslim olub və "oğru" olmadığını deyib. İndi onun vəziyyəti olduqca ağır qiymətləndirilir. Böyük ehtimalla, İrakli ömrü boyu əlil qalacaq.

Qeyd edək ki, Cabuanı tələyə salmaq üçün onun xəsisliyindən və pula olan hərisliyindən istifadə ediblər. Belə ki, ona "oğru" kimi zəng vurublar. Cabuaya bildiriblər ki, hansısa bir borclu var və borcunu ödəmir. Bu borclunun "Tayota Camry" markalı avtomobili var və borcu müqabilində həmin maşını ondan götürmək olar. İrakli "mifik" borcludan "mövcud olmayan" xarici marka maşını götürməyə razılıq verib. Onun göstərişi "yerinə yetirildikdən" sonra İrakliyə zəng vurub ona düşən payı gəlib götürə biləcəyini deyiblər.

Ehtimal olunur ki, hesablaşmanın həyata keçirilməsinin ideoloqu 58 yaşlı "qanuni oğru" Merab Mzareluadır. Merabın oğlu Kiko həmin yerlərdə bir başa nəzarəti həyata keçirir. Bundan başqa, Cabua ilə hesablaşmaq üçün Rostovdan "oğru" tituluna namizəd Yaniki gətizdiriblər. İndi onun çoxdan proqnozlaşdırılan taclandırılmasının həyata keçiriləcəyi gözlənilir. Deyilənə görə, Yaniki elə həmin gecə taclandırmaq istəyiblər. Lakin, sonradan məlum olub ki, bu, Nador Asoyanın təsdiqi olmadan mümkün deyil. Asoyanın isə Yaniklə üstü açıq qalan bəzi məsələləri var.

Zərərçəkənin "oğru" kimi gələcək taleyinə gəldikdə isə, "inkvizitor"lara görə, o, artıq bu addan məhrum edilmiş sayılır.