Dünən Bakıda qadınları “tora salmaq”, “ovlamaq” üçün xüsusi ətirlərin satılması ilə bağlı məlumat yaymışdıq. Dünən Bakıda qadınları “tora salmaq”, “ovlamaq” üçün xüsusi ətirlərin satılması ilə bağlı məlumat yaymışdıq.

Qadınları “tələyə” salan ətir dəllalları barədə - İlginc məlumatlar

Dünən Bakıda qadınları “tora salmaq”, “ovlamaq” üçün xüsusi ətirlərin satılması ilə bağlı məlumat yaymışdıq.



AzNews.az-ın əməkdaşı məşhur ətri satanların izinə düşərək, onlarla görüşüb və çox maraqlı məlumatlar əldə edib. Özünü müştəri kimi təqdim edən əməkdaşımız "Ricardo Veron" adlanan ətrin Orxan adlı şəxs tərəfindən satıldığını öyrənib. Məlum olub ki, Orxan ətrin satışı ilə bağlı internetdə də məlumat yerləşdirib.

Onunla söhbət zamanı öyrənirik ki, o, ətir üçün telefon əlaqəsi yaradan müştəriləri Metronun "28 May" stansiyası yaxınlığına, Səməd Vurğun bağına çağırır. Lakin görüş zamanı satıcı müştəriyə görsənmədən "Ricardo Veron"nu müştəriyə tələbələr vasitəsilə göndərir. Səbəb isə satıcının ələ keçməməsidir.

Tələbələr isə müştəriyə təqdim etdiyi arzulanmayan seksə təhrikedici məhsuldan və onun tərkibindən sözsüz ki, xəbərsizdirlər.

Bundan başqa ölkəyə yenicə ayaq açan və kifayət qədər baha olan "Ricardo Veron"un keyfiyyətindən də danışmağa dəyməz. Telefonla əlaqədə ətrin keyfiyyətinə zəmanət verdiyini söyləyən satıcı "Ricardo Veron"un Türkiyədən gətirdiyini desə də, görüş zamanı ətrin saxta olduğunu və əldə qablaşdırıldığı məlum olub. O, da bəlli olub ki, ətrin qutusunun üz qabığı yenicə yapışdırılıb. Satıcı isə bunu ətrin xaricdən qutusuz gətirilməsi ilə əlaqələndirir. Bundan başqa, ətir qabının alt hissəsinə baxanda şüşənin kəsildiyini və ətrin qaba doldurulmasından sonra yenidən bərkidildiyini görmək olur. Bir sözlə, ölkədə satışının iki nəfərin əlində cəmləşən "Ricardo Veron" və eyni funksiyalı "Afrodizyak" ətri saxtadır. Onu da deyək ki, satıcı ilə söhbət zamanı ətrin kifayət qədər müştərisinin olduğunu öyrəndik.

Bir çox ölkələrdə satışı qadağan olunan "Ricardo Veron"un 75 qramlıq ətri Bakıda 100-130 manata satılır.

Qeyd edək ki, "Ricardo Veron" ətrindən son zamanlar Türkiyədə daha çox istifadə edilir. Əyləncə məkanına getməmişdən əvvəl kişilər bu ətirdən istifadə edir. Ətrin insanı başdan çıxarmaq kimi xüsusiyyəti olduğu bildirilir. Daha sonra həmin şəxslər turistlərlə yaşadıqları əyləncəni videoya alır.

Məlumata görə, ətir qadınların özünə nəzarəti itirməsinə və özünü qarşısındakına təslim etməsinə gətirib çıxarır. Bununla bağlı məsələ o qədər aktuallaşıb ki, artıq bir neçə ölkənin ictimai xadimləri, eləcə də bu sahənin mütəxəssisləri SOS siqnalları veriblər. Almaniyanın "Kruverszen" laboratoriyasının analiz mütəxəssisi Maria Lyris bildirib ki, ətir 12 nəfərdən ibarət xüsusi heyət tərəfindən öyrənilib. Nəticələrə əsasən ətir normal afrodizyak olaraq tanınan bir çox ətirlərdən tərkibinə görə fərqlənir və qadınlar bu ətirin qarşısında dayana bilmirlər: "Əgər bu ətirin satışı davam etsə çirkin kişilər gözəl qadınları özlərinə aşiq etməkdə heç bir çətinlik çəkməyəcəklər. Bu vəziyyət yayılacaq".

Bəzi məlumatlara görə, internetdə satışa çıxarılan ətir Türkiyədə artıq 1 milyon 300 min nəfərə satılıb.

Onu da qeyd edək ki, bu ətir barədə məlumatlar o qədər də çox deyil. Axtarış zamanı daha çox bu ətirlə bağlı reklam xarakterli materiallar və video çarxlara rast gəlinir.