Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən azərbaycanlının apellyasiya məhkəməsi bu gün başlayacaq. Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən azərbaycanlının apellyasiya məhkəməsi bu gün başlayacaq.

Orxan Zeynalovun apelyasiya məhkəməsi olacaq

Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən azərbaycanlının apellyasiya məhkəməsi bu gün başlayacaq.



AzNews.az məlumatına görə, Moskva sakinin ölümündə günahlandırılaraq 17 il iş almış Azərbaycan vətəndaşı məhkəmədə özünü müdafiə edərək həbs müddətinin azaldılmasına nail ola bilər.

Qeyd edək ki, Şəmkir rayon sakini Orxan Zeynalovun işi üzrə Rusiya Ali Məhkəməsinə apelyasiya şikayəti edilib. Ali Məhkəmənin mətbuat xidmətinin yaydığı məlumata görə, apelyasiya məhkəməsi noyabrın 27-ə təyin edilib.

Xatırladaq ki, Qərbi Biryulevo rayonunda baş vermiş qətl yerli əhalinin ayağa qalxmasına və qafqazlılar əleyhinə talanlarla müşahidə olunan etiraz aksiyaları keçirilməsinə səbəb olmuşdu. Nəticədə Rusiya hüquq-mühafizə orqanları 400-ə yaxın adamı həbs etmişdi.

Bir çox ekspertlər Orxan Zeynalovun tələm-tələsik həbsinin məhz bu etiraz aksiyalarını susdurmaq üçün təşkil edildiyini bildirirlər. Onun zorakılıqla həyata keçirilən həbsi Rusiya telekanalları tərəfindən geniş işıqlandırılmışdı. Orxan Zeynalov qolları bağlı şəkildə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin kabinetinə aparılaraq diz çökdürülmüşdü. Günahı sübut edilməmiş Azərbaycan vətəndaşı ilə bu cür orta əsr ədası ilə davranılması Rusiyanın bir sıra hüquq müdafiəçilərinin etirazına səbəb olmuşdu.


AzNews.az