Avroliqanın qrup mərhələsi çərçivəsində “Sent-Etyen” – “Qarabağ” oyunu ərəfəsində mətbuat konfransı keçirilib. Avroliqanın qrup mərhələsi çərçivəsində “Sent-Etyen” – “Qarabağ” oyunu ərəfəsində mətbuat konfransı keçirilib.

“Başqa yolumuz yoxdur” - Qurban Qurbanov

Avroliqanın qrup mərhələsi çərçivəsində “Sent-Etyen” – “Qarabağ” oyunu ərəfəsində mətbuat konfransı keçirilib.



AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və müdafiəçi Qara Qarayev "Sent-Etyen" ilə oyunla bağlı fikirlərini bildiriblər.



"Sent-Etyen" ilə görüş çətin keçəcək. Üstəlik, biz səfərdə oynayırıq. Təbii ki, bir sıra aparıcı futbolçuların olmaması, hazırlığa təsirsiz ötüşməyəcək. Ancaq başqa yolumuz yoxdur. İki cəbhədə mübarizə apardığımızı nəzərə alsaq, istərdim ki, sərəncamımda daha çox futbolçu olsun. Bununla belə, oyunçuları qarşıdakı mübarizəyə psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq", - Qurban Qurbanov deyib.

"Qarabağ"ın müdafiəçisi Qara Qarayev də matçın çətin keçəcəyini qeyd edib:

"Məsuliyyəti dərk edirik. Qələbəyə oynayacağıq. Bu oyunda xəyallar qurmamalıyıq. Beş dəqiqə ərzində xəyal qura bilərik, amma bu, bizim oyunumuza ciddi şəkildə mane ola bilər. Çox maraqlı oyun olacaq. Biz bilirik ki, "Sent-Etyen"ə qarşı görüşdə stadiona 30 mindən çox azarkeş toplaşacaq. "Sent-Etyen"in stadionu bizə Tofiq Bəhramov adına Respublika stadionunu xatırladacaq".

Qeyd edək ki, "Sent-Etyen" – "Qarabağ" oyunu noyabrın 27-də Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.