Daxili İşlər Nazirliyi AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin həbsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin həbsi ilə bağlı məlumat yayıb.

DİN Asif Yusiflinin həbsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin həbsi ilə bağlı məlumat yayıb.



Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.