Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Yağıntılı hava şəraiti davam edəcək

Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.


AzNews.az