Diaspor Jurnalistləri Birliyi “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsinə start verib. Diaspor Jurnalistləri Birliyi “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsinə start verib.

Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılacaq

Diaspor Jurnalistləri Birliyi “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması" layihəsinə start verib.


AzNews.az xəbər verir ki, təşkilat bu layihəni Hollandiya Azərbaycan Evi ilə birgə həyata keçirir. Layihənin məqsədi Hollandiya ictimaiyyətinə Azərbaycan, xüsusən Qarabağ həqiqətlərini yaymaqdır. Layihənin əsas hədəflərindən biri də erməni yalanlarını ifşa etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində Hollandiya mətbuatında yazıların dərc olunması, yerli siyasətçilərə Azərbaycan haqqında məlumatın verilməsi, eyni zamanda digər türk və qeyri-türk təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Layihənin fəaliyyət planına yerli dini icmalara müraciətlərin göndərilməsi və kitabların təqdim olunması, eləcə də Hollandiya din (kilsə) xadimləri ilə görüşlərin keçirilməsi və onların Azərbaycana gətirilməsi də daxildir.

Layihə hər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir. Kampaniya xarakterli bu layihəyə istənilən təşkilat qoşula bilər. DJB gələcəkdə bu kimi layihələri digər ölkələrdə də həyata keçirməyi planlaşdırır.


Elnur Eltürk
AzNews.az