Lavaşın UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına Ermənistanın adından daxil edilməsi məsələsində anlaşılmaz məqamlar üzə çıxıb. Lavaşın UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına Ermənistanın adından daxil edilməsi məsələsində anlaşılmaz məqamlar üzə çıxıb.

Azərbaycanda “lavaş” qalmaqalı- Nazirin saytı niyə yalan yazdı?

Lavaşın UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına Ermənistanın adından daxil edilməsi məsələsində anlaşılmaz məqamlar üzə çıxıb.



AzNews.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi bunu təkzib etsə də, UNUSKO-nun rəsmi saytına lavaş məhz Ermənistana məxsus olduğu göstərilir.

Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, UNESKO-ya ezam olunan nümayəndə heyəti ölkəyə qayıdana kimi məsələ tam aydınlaşmayacaq: ""Nümayəndə heyəti beşinci gün gələcək. Onda dəqiq və geniş məlumat verə biləcəyik. Sadəcə olaraq orada qəbul edilib ki, lavaş yalnız Ermənistanın ərazisində deyil, bütün regionda məşhurdur. Bizim saytlarda düzgün məlumat yayılmamışdı. Yazılıb ki, "только на территории Армении", amma olmalıdı ki, "не только на территории Армении". Yəni, yalnız Ermənistanda məşhur deyil, bütün Qafqaz regionunda lavaş bişirilir. Nümüyəndə heyəti gəlmədən mən sizə başqa heç nə deyə bilməyəcəyəm. Çünki əlavə məlumatımız yoxdur".

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Ermənistan tarix boyu Azərbaycanın torpaqlarından başqa adət-ənənələrini də işğal etməyə cəhd edib: "Biz bu məsələ haqda danışanda təzyiqlərlə də qarşılaşırıq. Deyir ki, dolma, "Sarı gəlin" bu qədərmi əhəmiyyətlidir?! Bəli, əhəmiyyətlidir. Biz nə qədər müddət Moskca restoranlarında lavaşın, dolmanın ermənininki kimi təqdim olunmasını görəcəyik?! Bunları üzülərək görmüşük və yollarını tapmaqda çarəsiz olmuşuq. UNESKO-nun lavaşı Ermənistanın qeyri-maddi mədəni irsi siyahısından çıxarması bizim uğurumuzdur. Region ölkələrinin qeyri-maddi mədəni irsi kimi təqdim edilsə də, qeyd olunsun ki, kökü Azərbaycana bağlıdır. Lavaş daim Azərbaycan milli mətbəxinin təami kimi təqdim edilib. Bəzən buna ironiya ilə yanaşırlar ki, bu qədər əhəmiyyətlidirmi?! Bəli, sadəcə mətbəx deyib keçməyək üstündən. Çox əhəmiyyətlidir. Ən böyük siyasi-strateji məsələlər kökünü belə kiçik məsələlərə bağlayır".

Qeyd edək ki, nazirliyin saytında "YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Lavaşın erməniləşdirilməsinin qarşısı alınmışdır" başlığı ilə yayımlanan açıqlamada bildirilir ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul edilib: "Komitədə lavaşın erməni millətinə mənsub olması əvəzinə Ermənistan ərazisində mövcud olması kimi qəbul edilməsi bir daha Ermənistan ərazisində azərbaycanlıların yaşadıqlarını, ermənilərin də bu ənənələri onlardan öyrəndiyini bir daha təsdiq etmiş oldu. Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilmiş və qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi YUNESKO-ya təqdim edilsin".