Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Baş nazirini qəbul edib. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Baş nazirini qəbul edib.

“Koreyanın baş naziri inkişafımızı möcüzə adlandırdı”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Baş nazirini qəbul edib.



AzNews.az xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov iki dövlət rəsmisi arasında görüşün uğurlu nəticələndiyini bildirib.

N.Məmmədov bu barədə özünün tvitter hesabında yazıb.
"Çox mühüm görüş oldu. Prezidentlə Baş nazir arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı".

Novruz Məmmədov Koreyanın baş nazirinin sitatlarından da qeydlər verib.

Koreya baş naziri: "Gecə Bakını görəndən sonra əmin oldum ki, Azərbaycan doğurdan da Odlar Diyarıdır."

Koreya baş naziri:"Azərbaycan Xəzər regionunun və Xəzər Sivilizasiyasının mərkəzidir."

Prezident Administrasiyasının rəsmisi İlham Əliyevin qəbulunda olan Koreya baş nazirinin Azərbaycanın son illərdəki inkişafını Azərbaycan möcüzəsi adlandırdığını da qeyd edib.

AzNews.az