“Vurğun Əyyub Yeni Azərbaycan Partiyasının üzvü Siyavuş Novruzovla Müsavata qarşı eyni mövqe sərgiləyir”. “Vurğun Əyyub Yeni Azərbaycan Partiyasının üzvü Siyavuş Novruzovla Müsavata qarşı eyni mövqe sərgiləyir”.

“Vurğun Əyyub Siyavuş Novruzovla eyni mövqe sərgiləyir”

“Vurğun Əyyub Yeni Azərbaycan Partiyasının üzvü Siyavuş Novruzovla Müsavata qarşı eyni mövqe sərgiləyir”.



AzNews.az xəbər verir ki, bunu Müsavat partiyasının başqan müavini və Divan üzvü Osman Kazımov Vurğun Əyyubun "Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür" ifadəsinə münasibət bildirərkən deyib.



O.Kazımovun sözlərinə görə, Vurğun Əyyub sanki istiqamətlənmiş planlı bir qaralama prosesi aparır.

Müsavat partiyasının Divan üzvü vurğulayıb ki, Müsavat partiyasının başqanı Arif Hacılı Qubad İbadoğlunun, Vurğun Əyyubun və Səxavət Əlisoyun birlikdə topladığı səsdən çox səs toplayıb: "Vurğun Əyyub namizəd olmasa da Qubad İbadoğluna dəstək verib. Vurğun Əyyub 3 noyabr 2014-cü il tarixli müşavirədə İsa bəyin etdiyi çıxışı dinləsə yaxşı olar. Arif Hacılı başqan kimi öz fəaliyyəti ilə məşğuldur və hesab edirəm ki kifayət qədər gərgin işləyir, Müsavat partiyasının nüfuzunun qorunması üçün effektli fəaliyyət göstərir. Şəxsən mən Müsavat partiyası başqanının müavini kimi öz işimlə məşğulam".

O.Kazımov Vurğun Əyyubun "Bu gün Müsavat partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir" ittihamını da cavabsız qoymayıb: "Müsavat partiyasının və rəhbərlikdə təmsil olunan şəxslərin nüfuzuna hansı zərbəni vururam? Biz Vurğun Əyyub kimi həqiqətə uyğun olmayan məlumatlar yaymaqla, böhtan atmaqla, tərəfdaşları kimi Müsavata düşmən mövqe sərgiləyən televiziya kanallarına gen bol müsahibələr verməklə, Siyavuş Novruzovla Müsavata qarşı eyni mövqe sərgiləməklə məşğul deyilik. Təəssüf ki, Vurğun bəy qərəz və hikkədən əl çəkmir, sanki istiqamətlənmiş planlı bir qaralama prosesi aparırlar".

Xatırladaq ki, Müsavat partiyasının üzvü Vurğun Əyyub APA-ya açıqlamasında "İsa Qəmbər Arif Hacılıya o zaman da dəstək vermişdi, 3 səs artıq qazandı. Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür. Bu gün Müsavat partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir" sözlərini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az