“Pakistan televiziya kanalının sahibi küfrə görə 26 il həbs cəzası alıb”. “Pakistan televiziya kanalının sahibi küfrə görə 26 il həbs cəzası alıb”.

Mahnı bəstələdi - 26 il həbs aldı

“Pakistan televiziya kanalının sahibi küfrə görə 26 il həbs cəzası alıb”.



AzNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu haqda məlumatı "Daily Mail" qəzeti yazıb.

Mir Şakel–ur-Rəhmanın sahibi olduğu "Geo News" televiziyası Məhəmməd peyğəmbərin qızının toyu haqda mahnıya adamların rəqs etməsini göstərib.

Məhəmməd peyğəmbərin qızı rolunu oynayan aktrisa Veena Malik, onun əri Bəşir Əsəd Xan da 26 il həbsə məhkum olunublar.

Məsələyə Gilgit şəhərinin anti-terror məhkəməsi baxıb. Məhkəmənin fikrincə, bu veriliş bütün müsəlmanların hissinə toxunub. Məhkəmənin qərarı ilə televiziyanın sahibi, verilişin aparıcısı və verilişin iki qonağı 16600 dollar cərimə verməlidir. Onların pasport və əmlaklarının müsadirə olunacağı deyilir.

"Geo News"a qarşı təzyiqlər televiziyanın ordu ilə kəllə-kəlləyə gəlməsindən sonra başlanıb. Televiziya, hətta Pakistanın ən nüfuzlu kəşfiyyat xidməti olan Hərbi Daxili Xidmət Kəşfiyyatının televiziyanın aparcı jurnalistini güllə ilə vurduğunu iddia edir. Ordu bu ittihamı rədd edir.

Televiziya ilə ordunun mübahisəsinə, hətta baş nazir Nəvaz Şərif də təsir edə bilmir.

Nəvaz Şərif televiziyanın tərəfini saxlayır. Buna görə onunla ordu arasında da narazılıq yaranıb.

İyun ayında televiziya Hərbi Daxili Kəşfiyyat əleyhinə danışdığına görə 101 min dollar cərimə olunub.


AzNews.az