- Köhnə - Dünya
- 27 Noyabr 2014 15:07
- 1 941
Yeni müdafiə naziri təyin edildi - Belarusda
Belarus prezidenti Aleksandr Lukaşenko general-mayor Andrey Ravkovu yeni müdafiə naziri təyin edib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı prezidentin rəsmi saytı yayıb.
Məlumatda deyilir ki, Ravkov bu vəzifəyədək Belarusun Şimal-Qərb qoşun birləşməsinin komandanı olub.
Qeyd edək ki, noyabr ayının 25-də müdafiə naziri Yuri Jadobin istefaya göndərilib.