Rusiyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan “Böyük kitab”ın (Большая книга) bu ilki qalibi Zaxar Prilepin olub. Rusiyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan “Böyük kitab”ın (Большая книга) bu ilki qalibi Zaxar Prilepin olub.

Rusiyanın ən yaxşı romanı seçildi

Rusiyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan “Böyük kitab”ın (Большая книга) bu ilki qalibi Zaxar Prilepin olub.



AzNews.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, 39 yaşlı yazıçı mükafata "Məskən" (Обитель) romanına görə layiq görülüb.

Roman SSRİ-nin ən böyük əmək düşərgələrindən olan Solovkiyə həsr olunub.

20-ci illərin sonudur. Düşərgədə baş verənləri həm də gələcəkdə milyonlarla insanın başına gələcək müsibətlərin "qaranquşu" saymaq olar. 27 yaşlı qəhrəmanın düşdüyü bu düşərgədə cəlladlarla qurbanları ayırd etmək çətindir. Burada onlarla insanın taleyindən xəbər tutulur, bunlar həm də bütövlükdə böyük bir ölkənin taleyidir.

İkinci mükafat Vladimir Sorokinə ("Telluriya" romanına görə), üçüncü mükafat isə Vladimir Şarova ("Misirə qayıdış") verilib.


1-ci yer üçün mükafat 3 milyon rubl (təxminən 65 min dollar), ikinci yer üçün mükafat 1,5 milyon rubl, üçüncü yerə görə mükafat 1 milyon rubldur.


AzNews.az