Sabiq millət vəkili Gülər Əhmədova AzNews.az-ın redaksiyasına telefon açaraq, onunla bağlı yayımlanan “Gülər Əhmədova revanşa hazırlaşır” yazısının sərlövhəsinə etiraz edib. O, iddia edib ki, həmin yazının təqdimatı oxucularda həqiqətə uyğun olmayan fikir formalaşdırır. Sabiq millət vəkili Gülər Əhmədova AzNews.az-ın redaksiyasına telefon açaraq, onunla bağlı yayımlanan “Gülər Əhmədova revanşa hazırlaşır” yazısının sərlövhəsinə etiraz edib. O, iddia edib ki, həmin yazının təqdimatı oxucularda həqiqətə uyğun olmayan fikir formalaşdırır.

“Artıq nə siyasət arzulayıram, nə rəyasət” – Gülər Əhmədova

Sabiq millət vəkili Gülər Əhmədova AzNews.az-ın redaksiyasına telefon açaraq, onunla bağlı yayımlanan “Gülər Əhmədova revanşa hazırlaşır” yazısının sərlövhəsinə etiraz edib. O, iddia edib ki, həmin yazının təqdimatı oxucularda həqiqətə uyğun olmayan fikir formalaşdırır.


Sabiq millət vəkili son günlər onunla bağlı yayılan informasiyalara da münasibət bildirib və bundan sonra heç bir mətbuat orqanına açıqlama verməyəcəyini söyləyib: "Bütün jurnalistlərə müraciət edib demək istəyirəm ki, mənim heç bir iddiam, kimisə narahat edəcək planım yoxdur. Artıq nə siyasət arzulayıram, nə rəyasət. Hamıdan artıq dərəcədə xahiş edirəm ki, indiyədək ailəmə, körpə övladıma dəymiş ziyanları nəzərə alaraq, məni rahat buraxsınlar. Onlar öz həyatlarını, icazə versinlər mən də öz həyatımı yaşayım. Mənim heç kimin siyasi həyatına müdaxilə etmək fikrim yoxdur. Mən sadəcə mədəniyyətsizlik göstərib onların üzünə telefonu bağlamaq istəmirəm. Amma hər dəfə hər birinə sizə açıqlama vermirəm demişəm. Ancaq hamı da bunu açıqlama kimi təqdim edir. Kiminsə üzünə insani münasibət göstərib telefonu bağlamıramsa, bu onlara açıqlama verməyim anlamına gəlmir. Mənim əqidəm YAP-da olub – olmamağımla dəyişmir. Mən əvvəldən hansı əqidədəydimsə, indi də o əqidəni daşıyıram".

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı qalmaqallı mandat alveri videosuna görə 2013-cü ilin fevral ayının 13-də həbs olunmuş keçmiş deputat Gülər Əhmədova 2014-ci ilin may ayının 5-də azadlığa buraxılıb. Bir milyonluq qalmaqala görə dələduzluqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilən Gülər Əhmədovanın cəzası Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxılıb.