İranın ali dini lideri Ayətulla Əli Xameneyi dünya nəhənglərilə Tehranın mübahisəli nüvə proqramına dair danışıqların davam etdirilməsinə qarşı olmadığını deyib. İranın ali dini lideri Ayətulla Əli Xameneyi dünya nəhənglərilə Tehranın mübahisəli nüvə proqramına dair danışıqların davam etdirilməsinə qarşı olmadığını deyib.

Xameneyi şərtini açıqladı- VİDEO

İranın ali dini lideri Ayətulla Əli Xameneyi dünya nəhənglərilə Tehranın mübahisəli nüvə proqramına dair danışıqların davam etdirilməsinə qarşı olmadığını deyib.


ANS TV-nin məlumatına görə, dövlət televiziyasında çıxışı zamanı nüvə danışıqlarına toxunan Ayətulla bildirib ki, Tehran yalnız ədalətli razılaşmanı qəbul edəcək.

"Danışıqlara indiyədək hansı səbəbdən qarşı çıxmamışamsa, onların davamına da eyni səbəbdən qarşı çıxmıram. Lakin İran yalnız ədalətli və həssas razılaşmaları qəbul edəcək, fırıldaqçılığı və həddini aşan tələbləri yox" – deyə İranın ali dini lideri Ayətulla Əli Xameneyi bildirib.

Bu, "altılıq" ölkələrilə Tehran arasında nüvə danışıqlarının martın birinədək davam etdirilməsinə dair razılaşmadan sonra Xameneyinin verdiyi ən güclü şərh hesab edilir.