Bu gün axşam saatlarında Samur-Abşeron kanalının Quba rayonun Barlı kəndi ərazisindən keçən hissəsində minik maşını kanala düşüb. Bu gün axşam saatlarında Samur-Abşeron kanalının Quba rayonun Barlı kəndi ərazisindən keçən hissəsində minik maşını kanala düşüb.

“06” kanala aşdı- FOTOLAR

Bu gün axşam saatlarında Samur-Abşeron kanalının Quba rayonun Barlı kəndi ərazisindən keçən hissəsində minik maşını kanala düşüb.



APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Palçıq-oba kənd sakini Pirəmməd Şükürovun idarə etdiyi 27 BK 925 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomaşın kanala düşüb. Hadisə zamanı maşında sürücü ilə bərabər onu oğlu da olub. Kənd sakinlərinin köməkliyi ilə hər iki şəxs xilas edilib.

Sürücünün sözlərinə görə, Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən avtomobilin qarşısına at çıxıb və maneədən yayınmaq istədiyi zamanı idarəetməni itirərək kanala düşüb.

Faktla bağlı araşdırma aparılır.