Bu gün sabiq nazir Egemen Bağış Məclisin İstintaq Komissiyasına "şübhəli" qismində ifadə verib. Bu gün sabiq nazir Egemen Bağış Məclisin İstintaq Komissiyasına "şübhəli" qismində ifadə verib.

“Rüşvət almadım, şokolad aldım” – Sabiq nazir (VİDEO)

Bu gün sabiq nazir Egemen Bağış Məclisin İstintaq Komissiyasına "şübhəli" qismində ifadə verib.

AzNews.az xəbər verir ki, Komissiya AKP-dən olan millət vəkili Haqqı Kəndlinin başçılığı ilə toplanıb.

Məclisin İstintaq Komissiyasında iki saata yaxın şübhəli qismində ifadə verən sabiq Aİ naziri Egemen Bağış Rza Zərrabdan göndərdiyi şokolad və kostyumu qəbul etdiyini deyib: "Hədiyyələri aldım. Bunlar insanların əlaqə qurması üçün verilən hədiyyələrdir" deyən Egemen Bağış şokolad qutusunun içindəki 500 min dollar iddiasını rədd edib.

Müxalifətin "Rza Zərrab necə bir adamdır?" sualına isə sabiq nazir Zərrabı həyat yoldaşı Ebru Gündeş vasitəsilə ABŞ-dan tanıdığını söyləyib.

17 dekabr əməliyyatında istintaq sənədinə daxil edilən "rüşvət" iddiasını rədd edən Bağış "Rza Zərrabın paketdə göndərdiyi şokolad və köynək bir hədiyyə olub. Hədiyyə türk ənənəsidir" sözlərini deyib.

Komissiya sədri Hakkı Kəndli təxminən 2 saat davam edən sorğu-sualdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Digər iki nazirin komissiyaya nə zaman çağırılacağı ilə bağlı suala Kəndli "Hələ dəvət etməmişik" cavabını verib.