Türkiyə Xarici İşlər Nazirliyinin Hollandiyadakı türklərə “irqçi xarakterli ittihamlar” edildiyi açıqlamasına Amsterdamdan sərt reaksiya verilib. Türkiyə Xarici İşlər Nazirliyinin Hollandiyadakı türklərə “irqçi xarakterli ittihamlar” edildiyi açıqlamasına Amsterdamdan sərt reaksiya verilib.

Rəsmi Amsterdam Ankaraya sərt cavab verdi

Türkiyə Xarici İşlər Nazirliyinin Hollandiyadakı türklərə “irqçi xarakterli ittihamlar” edildiyi açıqlamasına Amsterdamdan sərt reaksiya verilib.





AzNews.az xəbər verir ki, Baş nazirin müavini Lodevijk Assçer "Türkiyənin bizi irqçilikdə günahlandırması səhvdir və bu, bir məlumatsızlığın nəticəsidir" sözlərini vurğulayıb.

Xarici işlər naziri Bert Koenders isə bildirib ki, Hollandiyalı türklərin işinə qarışmaq Türkiyəyə qalmayıb: "Ölkəmizdə yaşadıqlarımız demokratik müzakirələr fonunda cərəyan edir".
Hollandiyanın rəsmi xəbər agentliyinə görə Koenders türk həmkarı Mevlüt Çavuşoğlunu axtararaq onunla 30 dəqiqə telefonla danışıb.

Koenders Çavuşoğluya deyib ki, Hollandiyadakı türklər cəmiyyətə inteqrasiya olmalıdır. İki nazir yanvar ayında bir araya gələrək bu mövzuları üz-üzə danışmağı qərarlaşdırıb.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib: "Hollandiyada deyirlər ki, türk gəncləri İŞİD-i dəstəkləyir. Hollandiya cəmiyyətinin bir parçası olan türklərə və Türkiyəyə belə irqçi xarakterli ittihamlar irəli sürmək heç bir şəkildə qəbul edilə bilməz".

AzNews.az