Körpənin eşitmə duyğusu hələ ana bətnində başlayır və bütün yaşam boyunca irəliləyərək davam edir. Körpənin eşitmə duyğusu hələ ana bətnində başlayır və bütün yaşam boyunca irəliləyərək davam edir.

Körpənin eşitmə duyğusu - FOTOLAR

Körpənin eşitmə duyğusu hələ ana bətnində başlayır və bütün yaşam boyunca irəliləyərək davam edir.



Hamiləliyin son dövrlərində ana qarnındakı körpə ananın ürək döyüntülərini və hətta ucadan danışıqların hər birini eşidir. Ananın dinlədiyi rahat musiqi və stressdən uzaq durması körpəyə müsbət yöndən təsir edir .



Hamiləlik dövründə səslər duymaqla başlayan körpə və ana arasındakı duyğusal bağ dünyaya gəlişi ilə özünə fərqli bir ortam daşıyır. Doğulduğunda arasına düşdüyü səsli dünyada özünü güvəndə hiss etməsi üçün ana səsinə və istiliyinə ehtiyac duyur. Buna görə uşağa toxunmaq, onunla danışmaq, hər ağladığında yanında olmaq bu dünyada yalnız olmadığını hiss etdirmək üçün yararlıdır.



Ana, atasının ayaq səslərini tanımağa başlayır



Doğuşdan bir neçə həftə sonra ani və yüksək tondakı səslərə qarşı dartılma davranışları göstərirlər.



Yumşaq səslər duyduğunda rahatlayır və bəzi tipik hərəkətlər edirlər.

Üç aydan kiçik körpələr musiqi dinləyəndə çox reaksiya verməzlər, üçüncü aydan etibarən isə bəzi səslərin duyulduğunu anlamağa başlayarlar.

Körpəyə 4-6 ay aralarında musiqi dinlətdiyində çox diqqətli olurlar.

8 aydan sonra isə canlı ritmlərdən ibarət musiqilərə qarşı aktiv davranışlar göstərirlər.
Dilin varlığını qavradığı üçün sadəcə passiv dinləyici olmur. Doqqunzcu aydan sonra isə dinlədiyi musiqiyə qarşı keyfiyyət davranışı göstərir, musiqidən zövq aldığını, ya da xoşlanmadığını davranışı ilə biruzə verir.




Musiqi zamanı mırıldmalar dil inkişafının ilk 4-6 ayları arasında görülür.
Ətrafdakı səsləri yaxşı ayırd edə bilir və öz səsi ilə səs qatmağa çalışır.



Səs ilə olan bu yaxın münasibət zehni və sosial inkişaf müddətində də uşağın özünü ifadə etməsi, münasibət qurması baxımından ayrılmaz bir parça olur.
Ətrafında olub bitənləri səsi iə dəyərləndirir.

Musiqi inkişafi ümumi inkişafdan ayrı düşünülməz.

Səsin yaranması üçün səs telləri və səs diafraqmasının əzələləri yetkin səviyyəyə gəlməlidir.(ailem.az)