Balakən rayonunda 8-ci sinif şagirdi olan qız qaçırılıb. Balakən rayonunda 8-ci sinif şagirdi olan qız qaçırılıb.

Balakəndə məmurun azyaşlı qızı qaçırıldı

Balakən rayonunda 8-ci sinif şagirdi olan qız qaçırılıb.



Axar.az xəbər verir ki, qaçırılan qızın 14 yaşı var. O, Balakən Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun övladıdır. Rayonun 1 saylı orta məktəbində oxuyan qız məktubunda könüllü qaçdığını yazıb. Məlumata görə, V.Taşov bir müddət Rusiyada yaşayıb və orada ailəsi olub. Balakəndə qaçan qızın onun ikinci ailəsindən olan övladıdır.

Azərbaycan cinayət qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma halını cinayət kimi qəbul edib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərsə, 5 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınır və 144-cü maddə ilə tövsif olunur. Həmin Məcəllə ilə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.