“Osman Kazımov hüquqşünasdır, Müsavatın qurultayının necə legitim olmasını özü araşdırsın və sonra şərh versin”. “Osman Kazımov hüquqşünasdır, Müsavatın qurultayının necə legitim olmasını özü araşdırsın və sonra şərh versin”.

“Osman Kazımov kimdir axı?” – Vurğun Əyyub

“Osman Kazımov hüquqşünasdır, Müsavatın qurultayının necə legitim olmasını özü araşdırsın və sonra şərh versin”.



Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Vurğun Əyyub deyib. O, Müsavat partiyasının başqan müavini, Divan üzvü Osman Kazımovu qeyri-ciddi şəxs kimi qəbul edir: "Kimdir axı o? O, bilir ki, kimdir?".

V.Əyyub Osman Kazımovun "İstər Vurğun Əyyub, istərsə də başqaları qurultayın qərarlarını heç bir əsas olmadan legitim hesab etməməkdə, ara qarışdırmaqda davam etsələr, təbii ki, onlar barəsində tədbir görüləcək" fikrinə də münasibət bildirib: "Onların nə düşündüyü məni maraqlandırmır. Necə istəyirlər, elə də qərar versinlər. Onların qərarı da mənə maraqlı deyil".

Müsavat partiyasının başqan müavini O.Kazımov mətbuata açıqlamasında bildirib ki, Səxavət Əlisoy partiya üzvlüyündən xaric ediləndən sonra estafeti Vurğun Əyyub ələ alıb.


Bahar RÜSTƏMLİ
AzNews.az