Müsavat partiyasında başqanlıq seçkisinin nəticələrindən narazı qalan tərəf dekabrın 14-də keçiriləcək mitinqdə iştirakla bağlı hələ ki, qərar verməyib. Müsavat partiyasında başqanlıq seçkisinin nəticələrindən narazı qalan tərəf dekabrın 14-də keçiriləcək mitinqdə iştirakla bağlı hələ ki, qərar verməyib.

“Müsavatda cəmi 10-15 nəfər narazı var” - Başqan müavini

Müsavat partiyasında başqanlıq seçkisinin nəticələrindən narazı qalan tərəf dekabrın 14-də keçiriləcək mitinqdə iştirakla bağlı hələ ki, qərar verməyib.


Narazılar bildirib ki, bununla bağlı məsələ işçi qrupunun həftə sonu keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və ondan sonra qəti qərar veriləcək.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Müsavat partiyasının başqan müavini Səxavət Soltanlının sözlərinə görə, müsavatda heç bir narazı tərəf yoxdur: "Müsavatda narazı 10-15 nəfər var, onlar da yəqin mitinqə qatılacaq".

Onun fikrincə, kimə səs vermələrindən asılı olmayaraq, hər bir müsavatçı partiyanın siyasətini dəstəkləyir və tədbirlərdə iştirak edir.

Bahar RÜSTƏMLİ
AzNews.az