Belarus prezidenti Rusiyaya Belarusdan ət idxalınına qoyulmuş qadağanı tənqid edib. Belarus prezidenti Rusiyaya Belarusdan ət idxalınına qoyulmuş qadağanı tənqid edib.

“Rusiya bizi sıxışdırmağa başlasa...” - Lukaşenko

Belarus prezidenti Rusiyaya Belarusdan ət idxalınına qoyulmuş qadağanı tənqid edib.



AzNews.az BBC-yə istinadən xəbər verir ki, Belarusun 18 müəssisəsindən Rusiyaya idxal edilən təxminən 400 ton ət məhsullarına qoyulan qadağa çərşənbə günü qüvvəyə minib.

Rusiyanın nəzarət orqanı olan "Rosselxoznadzor" qərarını idxalı yasaqlanan ərzaq məhsulunun Belarus ərazisindən təkrar keçirmək cəhdlərilə əsaslandırır.

Prezident Aleksandr Lukaşenko Rusiya hakimiyyətinin addımından məyus olduğunu bildirib: "Bizə təzyiq etmək lazım deyil. Biz sizə sadiq dost olmuşuq və dost da qalacağıq. Lakin bizi sıxışdırmağa başlasanız, bilin ki, mən buna dözməyəcəm".

Qeyd edək ki, Minskdə səfərdə olan Sankt Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenko və Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov ilə görüşü vaxtı Aleksandr Lukaşenko ət idxalına qoyulan qadağanı tənqid etmişdi.

2013-cü ildə Rusiya ərzaq bazarında Belarus ixracının payı 10 faiz təşkil edib.
Rusiya Qərbin sanksiyalarına cavab olaraq Qərb ölkələrindən ərzaq idxalına embarqo qoyduqdan sonra Belarusdan Rusiyaya ərzaq idxalının həcmi xeyli artmışdı.