Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib.

Beş dövlət standartı ləğv edildi

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə qüvvədə olan dövlət standartlarının dövri yoxlamasını həyata keçirib.



Komitədən AzNews.az-a verilən məlumata görə, dövri yoxlamada məqsəd standartlaşdırma üzrə normativ sənədlərdə qoyulan tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanması səviyyəsini öyrənmək, məhsulların istifadəsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin şərtlərini, əmək rejimi və şəraitini nəzərə almaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddəaların pozulmasının qarşısını almaqdır.

Dövri yoxlama nəticəsində 5 dövlət standartı Komitə tərəfindən ləğv edilib:

- AZS 007-94 "Peçenye. Texniki şərtlər" və AZS 008-94 "Yulaf peçenyesi. Texniki şərtlər" dövlət standartları müasir tələblərə cavab vermədiyinə, aktuallıqlarını itirdiyinə və son illər bu standartlarla məhsul istehsal olunmadığı üçün;

- AZS 009-1994 "Qazlı su. Texniki şərtlər" dövlət standartı müasir tələblərə cavab vermədiyi, eyni zamanda AZS 282-2007 "Qablaşdırılmış içməli su. Ümumi texniki şərtlər" dövlət standartı qüvvədə olduğu üçün;

- AZS 085-2003 "Yataq ağları. Ümumi texniki şərtlər" dövlət standartı Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil edən AZS 1.5-96 dövlət standartının tələblərinə uyğun olmadığı üçün;

- AZS 255-2007 (TŞ 6606/1989) "Xərək və xərək tutqacları" dövlət standartında ölkədə qüvvədə olmayan türk standartlarına istinad olunduğu üçün ləğv edilib.

Gültəkin
AzNews.az