“Ermənistan parlamentində prezident Serj Sarkisyana qarşı impiçment tətbiq oluna bilər” “Ermənistan parlamentində prezident Serj Sarkisyana qarşı impiçment tətbiq oluna bilər”

“Ermənistanda siyasi böhran Qarabağ müharibəsini qızışdıracaq”

“Ermənistan parlamentində prezident Serj Sarkisyana qarşı impiçment tətbiq oluna bilər”


AzNews.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

O bildirib ki, Ermənistan dövlətini cənginə alan sistemli böhran yeni mərhələyə daxil olmaq ərəfəsindədir:
"Bu mərhələnin özəlliyi ondadır ki, prezident Serj Sarkisyanı hakimiyyətdən legitim yolla uzaqlaşdırmaq üçün Ermənistan parlamentindəki müxalif qüvvələr "impiçment institutunu" işlək vəziyyətə gətirməklə bağlı ilkin addımlara start veriblər. Belə ki, müxalif deputatlardan olan Nakola Paşinyan parlamentdəki əqidə yoldaşları ilə birlikdə Serj Sarkisyana qarşı impiçment prosesini reallaşdırmaq üçün müvafiq qərar layihəsinin hazırlanmasına başlayiblar. Məlum olduğu kimi, müxalif qüvvələrin müvafiq qərar layihəsini Ermənistan parlamentinin plenar iclasının müzakirəsinə növbədənkənar qaydada çıxara bilmələri üçün 24 saat ərzində 44 imza toplamaları tələb olunur. Prezidentin vəzifə səlahiyyətlərinə xitam verilməsi üçün isə parlamentdə minimum 66 səsin əldə edilməsi vacibdir".

Politoloqun sözlərinə görə, hakim Ermənistan Respublika Partiyasından da prezidentin əleyhinə səslərin olacağı təqdirdə impiçment məsələsi hüquqi baxımdan mümkün görünür:
"Yeri gəlmişkən, onu da qeyd edək ki, Ermənistan konstitusiyasının 57-ci maddəsinə əsasən, respublika prezidenti dövlətə xəyanət və digər ağır cinayətlərə görə vəzifəsindən uzaqlaşdırıla bilər. Bu prosesin hansı nəticə ilə yekunlaşacağından asılı olmayaraq müxalifətin prezidentə qarşı məlum ciddi siyasi aksiyası bir sıra nəticələrə gəlməyə imkan verir:
Birincisi, Ermənistan prezidenti Serj Sarkisyanın kriminal hakimiyyətinə qarşı həm "aşağılar"ın, həm də "yuxarılar"ın mübarizəsi harmonik xarakter alıb. Bu halda onlar "şər" hesab etdikləri qüvvəyə, prezidentə qarşı mübarizədə unikal həmrəylik nümayiş etdirirlər. Başqa sözlə, eyni hədəfə qarşı "küçə mübarizəsi" və "siyasi dəhlizlərdəki mübarizə" çulğalaşıb. Bu hakim rejim üçün olduqca ciddi siqnaldır.
İkincisi, formalaşmış şəraitdə hakimiyyətinin qanuni yolla əlindən alınacağının fərqində olan hakim rejimin davranışı 2008-ci ilin qanlı mart hadisələrinin daha kriminal müstəvidə təkrarı ilə müşayiət oluna bilər. O zaman qeyri-legitim hakimiyyəti qoruyub saxlamaq üçün Serj Sarkisyanın əmri ilə erməni xalqı gülləbəran edilib.
Üçüncüsü, yuxarıda qeyd olunan reallıqlar fonunda Serj Sarkisyanın ölkə əhalisinin diqqətini daxili üzücü problemlərdən yayındırmaq məqsədilə Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xəttində növbəti hərbi avantüraya əl atacağı da istisna deyil.
Deməli, Ermənistanda cərəyan edən siyasi kataklizmlər fonunda münaqişənin hərbi əməliyyatların bərpası fazasına keçməsi ehtimalı artmış olur. Adekvat olaraq düşmən tərəfin təxribatçı hərəkət və davranışlarının dinamikasının da yüksələcəyi proqnozlaşdırılandır".

AzNews.az