Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Sahib Musayev və İlham Quliyev bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olub, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciət ediblər. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Sahib Musayev və İlham Quliyev bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olub, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciət ediblər.

Girovların yaxınları BMT nümayəndəliyində qəbul olunmadı

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Sahib Musayev və İlham Quliyev bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olub, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciət ediblər.



Bu barədə APA-ya Qarabağ Azadlığı Təşkilatının (QAT) mətbuat mərkəzindən məlumat verilib.

Görüş BMT rəhbərliyinin azərbaycanlı girovların taleyi, onların sağlamlıq durumu və geri qaytarılması ilə bağlı məsələyə müdaxilə etməsinə nail olmaq məqsədi daşıyıb: "Təəssüf ki, nümayəndəlikdən heç kəs onlarla görüşmək istəməyib, başqa ünvanlara müraciət etmələrini məsləhət görüblər. Girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT nümayəndəliyinin bu münasibətinin insanlığa sığmadığını, qeyri-insani bir hərəkət olduğunu bildirib, həmçinin bu istiqamətdə təşəbbüslərini davam etdirəcəklərini vurğulayıb".