“2015-ci ildə Rusiya Türkiyəyə məxsus “Turksat-4B” peykini orbitə çıxaracaq”. “2015-ci ildə Rusiya Türkiyəyə məxsus “Turksat-4B” peykini orbitə çıxaracaq”.

“Türkiyə peykini orbitə Rusiya çıxaracaq”

“2015-ci ildə Rusiya Türkiyəyə məxsus “Turksat-4B” peykini orbitə çıxaracaq”.



AzNews.az xəbər verir ki, bunu Türkiyənin Anadolu agentliyinə müsahibəsi zamanı Rusiya prezidenti Vladimir Putin deyib:

"İki ölkə arasındakı perspektiv əməkdaşlıqdan biri də kosmosun mənimsənilməsidir. Türkiyənin "Тurksat-4A" telekommunikasiya peyki bu il fevral ayının 15-də uğurlu start götürüb. Növbəti ildə Türkiyənin daha bir "Тurksat-4B" peykinin kosmosa buraxılması planlaşdırılıb".

Rusiya prezidenti dekabr ayının 1-də Türkiyəyə nəzərdə tutulan səfərindən də söz açıb: "Səfər çərçivəsində Türkiyə prezidenti Ərdoğanla iki ölkə arasındakı əməkdaşlıq, enerji sahəsində birgə strateji layihələr və digər mövzular müzakirə ediləcək", - deyə Putin əlavə edib.

Qeyd edək ki, 2013-cü ildə Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsi 32.7 milyard dollar təşkil edib.

Rusiya sərmayədarları Türkiyəyə 1.7 milyard dollar yatırım qoyub.